Dəhşət! Maşın cəsədi 5 km sürüklədi - FOTO

Türkiyədə piyadanın faciəvi şəkildə ölümü ilə nəticəlıənən dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, İstanbul Bayrampaşadan Aksaray istiqamətində hərəkət edən, Sezer Demirin idarə etdiyi minik avtomobilinin altında qalan cəsəd təxminən 5 km maşınla birlikdə sürüklənib. Yoldan keçən digər sürücülər bu barədə işarə versələr də içəridə ucadan musiqi dinləyən Demir heç bir xəbərdarlığı eşitməyib. Sürücülər ancaq öz avtomobilləri ilə Sezer Demirin yolunu kəsərək onu dayandırmağa müvəffəq olublar. Avtomobildən düşərək maşınının altında cəsəd olduğunu öyrənən sürücü şoka düşüb və dərhal hadisə barədə polisə məlumat verib. Cəsədin üstündə olan avtomobikl evakuator vasitəsilə qaldırılıb və Sezer Demir ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Hadisə yerinə cəlb olunan təcili yardım heyəti maşının altında qalan şəxsin parçalanaraq öldüyünü müəyyənləşdiriblər. Polis əməkdaşları isə onun üzərindən şəxsiyyətini müəyyən edəcək sənəd tapa bilməyiblər. cəsəd məhkəmə tibbi ekspertizasına aparılıb. Sezer Demirin avtomobilində qəza vəziyyətinin olmaması isə, ölən şəxsin başqa biri tərəfindən vurularaq bu maşının altında qalması ehtimalını artırıb.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA



















