DƏHŞƏT: Toy karvanlarındakı yol qəzalarında 6 nəfər ölüb

Bu ilin 8 ayı ərzində respublika ərazisində toy karvanlarında baş vermiş 7 yol nəqliyyat hadisəsində 6 nəfər həlak olub. Bu barədə Avtosfer.az saytına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri ərazisində də toy karvanlarında müxtəlif yol qəzaları qeydə alınıb. Lakin burada ölüm faktı baş verməyib: «Çox təəssüflər olsun ki, bölgələrdə baş vermiş 7 qəzada 6 nəfər ölüb, yaralananlar da olub. Əlbəttə, bütun bunların kökündə sürücü səhlənkarlığı dayanır. Biz dəfələrlə deyirik ki, toy karvanlarında bəy-gəlin cütlüyünü müşaiyət edən maşınların sayı 5-dən çox olmasın. Amma görürük ki, yenə də 20-yə yaxın maşından ibarət toy karvanları var. Mən toy sahiblərinə müraciət edirəm ki, maşınların sayının çox olmasının onlara bir faydası yoxdur. Gərək hər adam toya bir maşında getsin? Nə olar ki, 4-5 nəfər yığışıb bir maşında getsə? Axı bu insanlar niyə anlamaq istəmirlər ki, onların şad günü başqalarının həyatı bahasına başa gələ bilər?».
Vaqif Əsədov bildirib ki, toy karvanlarını müşaiyət edən avtomobillər Bakıda sıxlıq yaradır. Çünki həmin avtomobillər əksər hallarda öz yolları ilə getmirlər: «Həm sürəti aşağı salırlar, həm də artırırlar. Sürəti aşağı salanda sıxlıq yaradırlar, artıranda isə təhlükə yaranır. Bəzən toy karvanlarında hərəkət edən avtomobillər qarşı yola çıxır, svetoforun qırmızı işığında hərəkət edir, lüzumsuz yerə və qadağan olunmuş səs siqnallarından istifadə edirlər, yolayrıclarını düzgün keçmirlər. Bütün bunlar isə qəzalar və başqa problemlərə səbəb olur. Axı bu sürücülər niyə başa düşmək istəmirlər ki, yol hamınındır və hər kəs də yoldan normal şəkildə istifadə etmək istəyir və etməlidir də. Lakin toy karvanlarının ucbatından insanlar əziyyət çəkirlər, tıxaca düşürlər, qəza şəraiti yaranır və sair».
Vaqif Əsədov onu da bildirib ki, bu ilin 8 ayı ərzində Bakıda kütləvi qayda pozuntusuna yol verən 12 toy karvanın hərəkət marşrutu tam izlənilib və avtomobillər saxlanılaraq sürücülər barəsində tədbir görülüb: «Hər şey toy sahiblərindən asılıdır. Böyüklər istəsələr, yollarda çılğın hərəkətlər edən gənclərin qarşısını ala bilərlər. Amma etmirlər. Nəticədə, ya qəza baş verir, ya kiməsə problem yaradırlar, tıxaca düşürük, ya da yol polisləri onları saxlayıb cərimə edir. Əlbəttə, şad gündə heç kim istəməz ki, qanqaraçılıq olsun. Amma nəzərə almaq lazımdır ki, qanun hamı üçündür və hansı gündən asılı olmayaraq, hər kəs qanunlara tabe olmalıdır. Toy sahibi çalışmalıdır ki, toyu yüksək əhval-ruhiyyədə başa vursun. Amma bəzən toy karvanlarında sürücülər elə hərəkət edirlər ki, sanki toyu yasa çevirməyə, problem yaratmağa gəliblər».
Elməddin
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










