Dəhşətli qəzada diri-diri yanan və xəsarət alanların SİYAHISI

Gündəm 9 İyul 2014 18:38 Oxunub 2134
Dəhşətli qəzada diri-diri yanan və xəsarət alanların SİYAHISI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
FHN Ucarda baş vermiş qəza ilə bağlı məlumat yayıb

Bakı-Qazax yolunda baş verən dəhşətli yol qəzasında ölənlərin və yaralananların şəxsiyyəti məlum olub. APA-nın xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı -Qazax əsas magistral yolunun 260-cı kilometrliyində, Ucar rayonunun Yeniyol kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini, 39 yaşlı Quliyev Sabir Səməd oğlunun idarə etdiyi buğda ilə yüklənmiş “Qazel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan Mingəçevir şəhər sakini 62 yaşlı Allahverdiyev Qəzənfər Müzəffər oğlunun idarə etdiyi 35 ton neftlə yüklənmiş “Mercedes” markalı yük maşını toqquşub. Toqquşmadan sonra yanğın baş verib və hər iki maşın aşıb, ani vaxtda alışaraq yanmağa başlayıblar. Hadisə yerinə Ucar, Göyçay və Ağdaş rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və 25 nəfər canlı qüvvə cəlb olunub. Qəza nəticəsində “Qazel”in sürücüsü və onun sərnişini - 31 yaşlı Həsənov Səbuhi Ənciman oğlu sıxılmış vəziyyətdə maşında yanaraq ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə hər iki meyiti çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. “Qazel”in digər sərnişini - 30 yaşlı Quliyev Şaiq İman oğlu və “Mercedes”in sürücüsü Q.Allahverdiyev yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində əsas magistral yolun bir neçə kilometrliyində tıxac yaransa da, yol polisinin köməkliyi ilə avtomobillərin normal hərəkəti bərpa olunub. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) də  Ucar rayonu ərazisində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı yanacaq daşıyan avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin avtoçənində olan yanacaq yerə dağılıb və hər iki avtomobilin yanar hissələri yanıb. Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə sakinlər tərəfindən xəstəxanaya aparılıb. “Qazel” markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Quliyev Zabir Səməd oğlunun meyiti və avtomobildə olan şəxsiyyətləri məlum olmayan sərnişinlərdən 1 nəfərin meyiti və digər 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh