Dəhşətli tıxacların SƏBƏBİ BU İMİŞ – Çıxış yolu tapıldı

Paytaxtdaxili və şəhərə giriş-çıxış yollarında müşahidə olunan tıxaclar ildən-ilə daha da intensivləşir. Artıq bir neçə aydır müşahidə olunan dəhşətli nəqliyyat sıxlığı son illərin pik nöqtəsi hesab edilir.
Ekspertlərin fikrincə, Bakının tıxac dərdi hələ uzun illər davam edəcək. Bir çoxları intensiv tıxacların başlıca səbəbini sürücülərin nəqliyyat qaydalarına düzgün əməl etməməsində görür. Yollarda nəqliyyat vasitələrin sağa və sola mütəmadi manevr etməsi və s.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, nəqliyyatın sıxlığını sürücülərin fəaliyyəti ilə əlaqələndirməni doğru hesab etmir:
“Ümumiyyətlə, sürücülərin tıxacların yaranmasında birbaşa təqsirkar olduğunu düşünmürəm. Ona görə ki Bakıdakı tıxaclarda nəqliyyat vasitələrinin sağa və ya sola manevr etmək imkanları demək olar ki, yoxdur. Bu baxımdan sözügedən fikirlə razılaşmıram.
Nəqliyyatda baş verən sıxlığa səbəb Bakı şəhərində yol infrastrukturunun aşağı səviyyədə olması, yəni avtomobil nəqliyyat vasitələrinin tutumu ilə bağlı problem yaşamasıdır”.
Ekspertin fikrincə, sıxlığı nisbi azaltmaq üçün avtobus zolaqlarından istifadəyə, qismən də olsa, icazə verilməlidir:
“Eyni zamanda, Bakının son 1 ildə kifayət qədər yüklənməsi, yolların bir hissəsində avtobus zolaqlarının açılması da tıxacları artıran digər amildir. Şərait yaradılmalıdır ki, heç olmasa qeyri-pik saatlarda sürücülər avtobus zolaqlarına girib-çıxa bilsinlər. Yəni limitli vaxtla belə olsa, bu idarə olunmalıdır. Tutaq ki, hər gün səhər 10-a qədər və axşam 17:00-dan 20:00-a qədər məhdudiyyətlər qoyulsa, daha uyğun olar. Digər vaxtlarda isə bu zolaqlardan istifadə nəqliyyatın sıxlığını nisbətən yüngüləşdirər”.
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ










