Dəhşətli yol qırğını: bir gündə 8 ölü, 26 yaralı

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 8 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 8 nəfərdən başqa 26 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır hadisələr Bakıda qeydə alınıb. Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistralında "Mercedes" markalı minik avtomobili gənc qadını və 8 aylıq körpəsini vurub. Ana və balası hadisə yerindəcə keçinib. Sabunçu rayonunda, Maştağa-Zabrat yolunda iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, daha 4 nəfərin isə ağır yaralanmasına səbəb olub. Bundan başqa Lənkəranda xəstəxanaya tələsən ailənin "UAZ"ı dağdan aşıb. 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölümlə nəticələnən digər qəzalar Abşeron, Goranboy və Bakının Xəzər rayonunda qeydə alınıb. Hər bir hadisə ilə bağlı araşdırmalar aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












