Dəmir yollarında iş rejimi dəyişəcək

2015-2016-cı il yeni tədris ilinin başlaması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Sentyabrın 15-də dərs illinin başlaması ilə əlaqədar sıxlığın olacağını istisna etməyən N.Əzməmmədov qeyd etdi ki, bununla bağlı artıq işlərə başlanılıb və çox güman ki, xəttə əlavə qatarlar qoşulacaq: "Hər il sentyabrda dərs ilinin başlaması həm avomobil yolları, həm də dəmir yolu ilə gələnlərin artmasına səbəb olur. Ona görə də biz hər il olduğu kimi, bu il də bir sıra qabaqlayıcı tədbirlər həyata keçirməyi düşünürük. Adətən biz bunu bilet satışına olan tələbatdan bilirik. Sentyabrın 5-nə qədər bilet satışının çox olduğunu görsək, xəttə əlavə qatarlar qoşacağıq. Ümid edirəm ki, sərnişindaşımada, insanların gediş-gəlişində heç bir problem yaşanmayacaq".
Qeyd edək ki, Azərbaycanda tədrisə hər il sentyabrın 15-də start verilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












