Dəmir yolunda sərnişinlər yoxlanılacaq – Avadanlıqlar quraşdırılacaq

Bildiyimiz kimi, ictimai nəqliyyat növlərindən biri olan metropolitendə əhalinin maksimum təhlükəsizliyinin təmin olunması üçün xüsusi aparatlar quraşdırılaraq, hər hansı bir təhlükəyə qarşı vətəndaşların çantaları yoxlanılır. Bəs digər bir ictimai nəqliyat növü olan dəmir yolunda təhlükəsizlik tədbirləri necə həyata keçirilir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar Yenicag.az-a açıqlama verən Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib ki, gün ərzində ADY-yə məxsus sərnişin qatarları ilə 30 mindən çox sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılır.

“Azərbaycan Dəmir Yolları QSC-nin xidmət sahələrində 24/7 rejimində Mühafizə Xidməti və Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi fəaliyyət göstərir. Qeyd edək ki, gün ərzində ADY-yə məxsus sərnişin qatarları ilə 30 mindən çox sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılır. Səfər zamanı DİN-nin Dəmir Yolu Nəqliyytaında Polis İdarəsinin məsul əməkdaşlar qatarlarda və stansiyalarda sərnişinləri müşaiyət edir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir”, – deyə o bildirib.
S.Nəzərova əlavə edib ki, şəhərlərarası stansiyalarda mərhələli şəkildə müvafiq infrastrukturun təkmilləşdirilməsi və müvafiq avadanlıqların quraşdırılması planlaşdırılır:
“Həmçinin Abşeron Dairəvi üzrə bütün sərnişin stansiyalarında polis dəstələri asayişin və təhlükəsizliyin qorunması istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi istiqamətində ən çox sərnişin qəbul edən stansiyalarda, o cümlədən Bakı, Sumqayıt, Gəncə və Qəbələ dəmir yolu vağzallarında sərnişinlərin platformaya təhlükəsiz keçidi üçün buraxılış məntəqələri quraşdırılıb. Şəhərlərarası digər stansiyalarda da mərhələli şəkildə müvafiq infrastrukturun təkmilləşdirilməsi və müvafiq avadanlıqların quraşdırılması planlaşdırılır”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












