Dəmir yolunun Sumqayıt hissəsində torpaq işlərinə başlanılıb

Bakı-Xırdalan-Sumqayıt dəmir yolu sərnişin sahəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün nəzərdə tutulan 1,65 km uzunluğunda yeni birləşdirici yolda artıq torpaq işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə" “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunda bu günə kimi artıq 52 km yol əsaslı təmir olunub. "Hazırda Bakı sərnişin stansiyasında 3-cü platformada işlər yekunlaşıb və 4-cü platforma quraşdırılır. Həmçinin sərnişinlərin "28 May" metro stansiyasına çıxması üçün tunelin salınması işlərinə başlanılıb", - deyə QSC-dən əlavə edilib. Bütün əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












