“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib - VİDEO

Avqustun 25-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.
Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Z.Həsənov mərasim iştirakçılarını və qonaqları salamlayaraq “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.
Rusiyanın Müdafiə naziri ordu generalı S.Şoyqu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












