Dənizə gedənlərin diqqətinə; hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlıq rayonlarda isə gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı ehtimal olunur.
Fərid
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












