Deputat Azərbaycanda polislərin maaşının iki dəfə artırılmasını təklif edib

Azərbaycanda polislərin maaşlarının artırılması təklif edilib.
“Report”un xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
O bildirib ki, polislərin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Çünki hazırda onların maaşı çox aşağıdır”.
Q.Həsənquliyev həmçinin qeyd edib ki, yay aylarında Türkiyədə və Azərbaycanda baş verən yanğınlarda FHN-nin işçiləri çox böyük fədakarlıqlar göstəriblər. Deputat yeni amfibiya təyyarələrinin və helikopterlərin alınmasını da təklif edib.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











