Deputat BNA-nı tənqid edib: “3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”

“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olmalıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”.
Avtosfer.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
“Bildiyimə görə, burada BNA-nın rəhbəri də oturub. Konsepsiya hazırlanmalıdır. Elə, o çəkir, bu çəkir. Bəs o pullar hara gedir? BNA rəhbərliyi qısa müddətdə konsepsiya hazırlasın. Deputatın burada heç bir marağı yoxdur. Deputatın burada təkcə marağı odur ki, insanlar bu məsələlərlə bağlı müraciətlər edirlər. Normal formada biz bunu həll edə bilərik”, - o vurğulayıb.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, rayonlarda yolların vəziyyəti çox bərbadır. Onun sözlərinə görə, Bakı şəhərində də yolların işıqlandırılmasında problemlər var: “Səkilər də qaranlıq olur. Ümimilikdə BNA-nın fəaliyyətini müsbət qiymətləndirirəm. Yaxşı işlər görülüb”.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












