Deputat oğlunun bahalı maşını iki aydır cərimə meydançasındadır - FOTOLAR

Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10 LZ 100 dövlət nömrə nişanlı qalmaqallı “Nissan Skyline GT-R35“ avtomobil iki aydan çoxdur ki, cərimə meydançasında toz-torpaq içərisində qalıb. Məlum qalmaqaldan iki ay keçsə də, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Badamdar qəsəbəsində yerləşən cərimə meydançasında saxlanılan avtomobillə heç kim maraqlanmır.
Qeyd edək ki, cərimə meydançasında çalışan bir işçinin əməkdaşımıza verdiyi məlumata görə, avtomobilin sahibi bir dəfə də olsun cərimə meydançasına gələrək bu qədər bahalı avtomobilini görmək istəməyib: “Burada avtomobilin gündəlik dayanacaq haqqı 5 manatdır. Artıq iki aydır ki, avtomobil buradadır və təxminən 300 manat təkcə dayanacaq pulu verilməlidir. Dayanacaq haqqı bir kənara, heç avtomobilin sahibi bir dəfə də olsun gəlib maşınına baxmayıb”.
Xatırladaq ki, iki ay öncə 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avromobilin sahibi Zığ-Aeroport yolunda yarışa çıxmışdı. "Youtube" sosial şəbəkəsində yayılandan və medianın diqqətini cəlb edəndən sonra avtomobil cərimə meydançasına aparıldı, sahibi isə sürücülük hüququndan məhrum edildi.
Hadisə ilə bağlı millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Həmçinin deputat Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra araşdırmalar nəticəsində məlum olmuşdu ki, Zaur Bağırov adlı şəxs millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur./publika.az
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ



















