Deputat “Sovetski”nin problemindən danışdı

Milli Məclisin deputatı Elnur Allahverdiyev “Sovetski” ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.
“Qafqazinfo”nun xəbərinə görə, millət vəkili parlamentdə çıxışı zamanı bildirib ki, “Sovetski” kimi tanıdığımız ərazinin bir qismində müasir şəhərsalma standartlarına uyğun olaraq abadlıq işləri həyata keçirilsə də, müəyyən problemlər hələ də qalır:
“İcazənizlə mənim bir qısa sualım var. Sualım Yasamal rayonu ərazisinə düşən tarixi Bayır şəhər, hamımızın daha çox “Sovetski” kimi tanıdığımız ərazidir.
Bildiyiniz kimi, bu ərazinin bir qismində Bakı şəhərinin baş planına əsasən, müasir şəhərsalma standartlarına uyğun olaraq abadlıq işləri həyata keçirilib. Gözəl park salınıb, paytaxtımızın ən gözəl guşələrindən birinə çevrilib. Ancaq müəyyən problemlər qalmaqdadır. Belə ki, müxtəlif illərdə buradan köçürülmüş vətəndaşlar onlara verilən kompensasiyanın həcmindən narazılıq edirlər, zaman-zaman həm Milli Məclis, həm Nazirlər Kabineti, həm də Maliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirirlər.
Söküntü ərazisi Yasamaldan seçilmiş 3 deputatın seçki dairəsini əhatə edir. Buna görə də bu vətəndaşlarla biz görüşməli, onların şikayətlərini dinləməli oluruq. Dövlətimiz üçün vətəndaşın qayğıları birinci dərəcəlidir. Bu baxımdan, bu problemin kompleks şəkildə və birdəfəlik həlli mümkündürmü?”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












