Deputat yol polislərini təhqir etdi - BİABIRÇI ÇIXIŞ

«Bizim polislərdə bu mədəniyyət çatmır, hətta məni də saxlayıblar»
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov polis işçilərinin mədəniyyətsizliyindən danışıb. Avtosfer.az xəbər verir ki, E.İbrahimov parlamentin iclasında DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun iştirak etdiyini nəzərə alaraq onun diqqətinə çatdırıb ki, "serjantlardan soruşun ki, Milli Məclsin maşınlarının nömrəsi hardan başlayır, harda qurtarır? Prezident Aparatının nömrələri hardan başlayır, hardan qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilmədirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Amma deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma da gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm, oxuyun ki, orada nə yazılıb. Mənə deyir, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana”, üzr istəyirəm, haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir. Yəqin ki, heç Məhkəmə-Hüquq Şurasının üzvlərini də tanımırlar. Mən arzu edərəm ki, bunlar olmasın. Demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma onlara başa salın ki, bizə küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır».
Elməddin
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










