Deputatdan bayram məhdudiyyətləri ilə bağlı AÇIQLAMA

“Novruz bayramı yaxınlaşdıqca yenidən karantin məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir. Epidemioloji vəziyyətə görə pandemiya başladıqdan sonra “lock down” məhdudiyyətlərinin bir neçə dəfə tətbiq olunduğunu nəzərə alsaq, bu istiqamətdə müzakirələrin intensivləşməsi anlaşılandır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, təbii ki, karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, daha dəqiqi yoluxma sayı götürülür:
“Bununla yanaşı, artıq 420 mindən artıq vətəndaşımızın peyvənd olunduğunu və yoluxma sayının tənzimlənən həddə olduğunu nəzərə alsaq, ictimai iaşə və xidmət sferalarında yenidən qapanma məqsədəuyğun olmazdı. Xüsusən nəzərə almaq lazımdır ki, bu sektorlarda fəaliyyət göstərən müəssisələr, eləcə də kafe və restoranlar qapanmadan sonra fəaliyyətlərini bərpası müəyyən zaman və maliyyə tələb edir”.
Vüqar Bayramov əlavə edib ki, rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır və ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var:
“Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımdan da vacib hesab olunur”.
O qeyd edib ki, epidemioloji vəziyyət kəskin pisləşməyəcəyi halda bayram günlərində də bu sektorlarda fəaliyyətlərin davam etməsi məqsədəuyğun olardı.
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO










