Deputatdan DYP-nin «yağışda su sıçratmaq» xəbərdarlığına irad

Bu gün Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin yağmurlu olması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Bildirilir ki, yağıntılı havada sürətlə hərəkət edən və piyadaların üstünə su sıçradan sürücülər cərimə olunacaq. Avtosfer.az-ın məlumatına görə, məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub ki, küçələrdəki suyu, palçığı qəsdən piyadaların, digər avtomobillərin, binaların üzərinə sıçradan sürücülər barədə məsuliyyət nəzərdə tutulub. Məcəllənin 155.1.5-ci maddəsində də göstərilir ki, yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən su sıçradılmasına görə sürücülər 40 manat miqdarında cərimə olunurlar: «Yağışlı havada sürətlə hərəkət edilməsinə görə xəbərdarlıqla tam razıyam. Buna görə istənilən tənbeh tədbirini doğru hesab edirəm. Lakin qeyd olunan maddənin əslində yolların keyfiyyətsiz vəziyyətinə bəraət qazandırmaq üçün nəzərdə tutulduğunu təxmin etmək olar. Təbii ki, burada əsas nöqsan Milli Məclisə aiddir ki, bu cür izahı mümkün olmayan bir maddəni qəbul edib. Əlbəttə sürücüləri xəbərdar etmək lazımdır ki, yağışlı havada piyadaların üst-başının suya-palçığa bulaşdırmamaq üçün diqqətli olsunlar, daha mədəni hərəkət etməyə çalışsınlar. Digər tərəfdən, belə havalarda yol polisinin onsuz da çətin işinə daha da çətinlik yaratmasınlar, hərəkətin tənzimlənməsi qaydalarına daha intizamla əməl etsinlər».
Deputat bildirib ki, həqiqətən də bunlar yol mədəniyyəti baxımından vacib məsələlərdir: «O yerdə ki, suyun dərhal axıb getdiyi yollar var, mədəniyyət də tələb olunmalıdır. O yerdə ki, normal yol yoxdur, hansısa mədəni davranışı tələb etmək bir qədər real görünmür. Bütün hallarda 40 manat cərimə həqiqətən absurd məsələdir və bu barədə fikirlərimi Milli Məclisdə də dilə gətirəcəyəm. Əgər yol müasir standartlara cavab verirsə, onun üzərində niyə su gölməçəsi və palçıq qalmalıdır? Niyə yolun kənarına lazımi standartda səkilər nəzərdə tutulmamalıdır ki, piyadalar ən azı təhlükəsiz hərəkət etsinlər və su sıçramasından qoruna bilsinlər? Su gölməçəsi basmış yolun bir tərəfindən digər tərəfinə keçməyə məcbur olan piyadanın ayaqqabısına su dolanda, cəriməni kim ödəyəcək?».
Ona görə də, millət vəkili hesab edir ki, piyadaların haqqını qoruduğumuz qədər, sürücülərin də vəziyyətini doğru anlamaq lazımdır: «Bir-iki məhdud tərbiyəsi olan sürücüdən başqa böyük əksəriyyət kimsənin üstünü bulaşdırıb söyüş eşitmək istəməz. Ona görə də xüsusi istisna hallar xaric, bu maddənin tətbiqi ciddi mübahisə yaradacaq».
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












