Deputatın qardaşı oğlu vətəndaşın maşınını qanunsuz axtarışa cəlb edib? - DAÇIQLAMA
Gündəm
21 May 2021 16:12

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Rzayev Rahib Fəxrəddin oğlu və Əliyev Nicat Mirələm oğlunun vətəndaşın avtomobilini öz şəxsi avtomobilləri ilə təqib edərək, qanunsuz axtarışa cəlb etmələri ilə bağlı iddialar yayılıb. Bildirilib ki, adı çəkilən polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu millət vəkili Tahir Rzayevin qardaşı oğludur. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu tərəfindən bildirilib ki, Ağcabədi rayon Kəbirli kənd sakini 1995-ci il təvəllüdlü Əşrəf Əşrəflinin idarə etdiyi avtomobildə silah saxlaması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Həmin məlumat əsasında polis əməkdaşlarının 19 may tarixində həyata keçirdiyi tədbirlərlə Əşrəf Əşrəfli və sərnişin qismində əyləşən Samirə Səfərova ilə birlikdə saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində avtomobilə baxış keçirilən zaman oradan bir ədəd 4.5 millimetr kalibrli P900 GAMO markalı pnevmatik tapança və üzərində kustar üsulla bərkidilmiş lazer nişangahı aşkar olunaraq götürülüb. İş üzrə müvafiq ekspertiza təyin edilib”.
“Hazırda faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır”, - deyə DİN-dən qeyd edilib.
Oxunub : 1638
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
ŞƏRH YAZ













