Dərnəgül yolunu yenə qazırlar - FOTO

"Azəryolservis" təmirdən sonra yenicə istifadəyə verilmiş Ziya Bünyadov prospektində qazıntı aparılması məsələsinə aydınlıq gətirib. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, həmin ərazidə asfalt-beton örtüyünün keyfiyyətində heç bir problem yoxdur. Təmir olunan yolun yenidən qazılması isə temperatur – deformasiya tikişinin vurulması ilə bağlıdır. “Həmin qazıntı kimi göstərilən yer Ziya Bünyadov prospektinin Əlyar Əliyevlə kəsişdiyi, “Çermet” körpüsü adlanan ərazidir və o ərazidə temperatur – deformasiya tikişləri quraşdırılır. Temperatur tikişinin növü və ölçüsü körpünün aşırım qurğusuna uyğun olaraq müəyyən edilir. Daha sonra asfalt-beton örtüyü kəsilir, həmin kəsilən hissədə temperatur tikişi yerləşdirilir və yol yenidən betonlanır. “Çermet” körpüsündə də 23 gediş, 23 gəliş hissədə, cəmi 46 deformasiya tikişi vurulmalıdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, hər körpünün aşırım qurğusu olur və bu aşırım qurğusu tempareturun və başqa amillərin təsirindən uzanıb-qısala bilər. “Belə ki, aşırım qurğusu yayda temperaturun təsirindən uzanır, qışda isə qısalır. Deformasiya tikişi isə aşırım qurğusunun müxtəlif təsirlərdən uzanıb-qısalmasını, sərbəst işləməsini təmin edir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ziya Bünyadov prospektinin təmirdən sonra istismara verilməsindən sonra yenidən qazılmasına aid foto paylaşılıb. Anspress
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












