DGK məlumat yaydı: Sərhəddən bunları keçirmək olar - VİDEO

Azərbaycanda 18 yaşına çatmış hər bir fiziki şəxs gömrük sərhədindən keçərkən müəyyn olunmuş qaydalara əməl etməlidir.
Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən məlumat daxil olub.
Təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, zəruri ehtiyacların ödənilməsi üçün nəzərdən tutulan şəxsi əşyalar və ya şəxsi istifadə məqsədilə zəruri olan miqdarda dərman vasitələrinə görə gömrük ödənişləri ödənilmir.
Bundan əlavə vətəndaşlar gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan ölkəyə nağd şəkildə valyuta gətirə bilərs. Ölkədən isə 10000 (on min) dollar ekvivalentinədək olan xarici valyutanı və 20000 (iyirmi min) manatadək olan valyutanı şifahi formada bəyan etməklə çıxara bilərsiniz.
Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
Müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirmək olar.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












