Dilqəm Əsgərov: Şahbaz Quliyev Paşinyanın dostudur ŞOK
Gündəm
13 Aprel 2021 15:56

Bu gün Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun doğum günüdür. Moderator.az-ın əməkdaşı H.Həsənovun necə öldürülməsi ilə bağlı D.Əsgərova sual ünvanlayıb. D.Əsgərov deyib ki, bunu Şahbaz Quliyevdən soruşun və hətta suala görə əsəbiləşib: “Allah Həsənə rəhmət eləsin. Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun. Şahbaz deyir ki, Həsən guya yaralı halda gəlib yanımdan keçdi. Haram olsun Şahbaza, o, nə üzlə Həsənin qəbrinin üstünə gedib. Mən Həsənin vurulduğunu görməmişəm. Mən indi Qubadayam. Çox təəssüf ki, Həsənin doğum günündə onun qəbrini ziyarət edə bilmədim”. Məsələ ilə bağlı Şahbaz Quliyevlə də əlaqə saxlanılıb. Lakin o, danışmaq istəmədiyini bildirib: “Dilqəm haqqımda nə deyir özü bilər. İndi bu haqda heç nə danışmaq istəmirəm. Buna imkanım da yoxdur. Sonra nə vaxtsa görüşüb danışarıq”. Həsən Həsənovun qardaşı Nail Həsənov isə bunları deyib: “Bu gün Həsənin məzarını ziyarətə Şahbaz da gəlmişdi. Şahbazla Dilqəm bizə ziddiyyətli məlumatlar verirlər. Şahbaz deyir ki, mən tutulandan üç gün sonra Həsən şəhid olub. Dilqəm də deyir ki, mən Həsənin şəhid olmasını görməmişəm. Burda məcburuq ki, Dilqəmin üzərində dayanaq. Dilqəm özü deyirdi ki, Həsənlə bir yerdəydik. Onunla görüşdük, amma 15-20 dəqiqənin içində bütün bunları danışmaq mümkün deyildi. Dilqəm deyirdi ki, Həsəni Zod qızıl yatağı tərəfdə vurdular. Amma ermənilər yazırdı ki, Xankəndində Həsənin meyitini Şahbaza və Dilqəmə göstərdik. Onlar hər ikisi meyiti tanıdı. Amma indi ikisi də deyir ki, Həsənin meyitini görməmişik. Yəni bu cür ziddiyyətli məsələlər var”. N. Həsənov deyib ki, hələ indiyə kimi şəhid qardaşının sığorta pulunu ala bilməyiblər: “Biz hələ indiyə kimi Həsənin sığorta pulunu ala bilməmişik. Yeddi ildir ki, get-gəldəyik. Bir də ölkə başçımızdan xahişimiz odur ki, Həsəni bu qəhrəmanlığına görə medalla təltif etsin”.
Oxunub : 2390
DİGƏR XƏBƏRLƏR
23 İyun 2026 21:27
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
23 İyun 2026 18:27
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
23 İyun 2026 18:00
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
23 İyun 2026 17:30
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
23 İyun 2026 17:16
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
23 İyun 2026 16:48
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
23 İyun 2026 11:30
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
23 İyun 2026 08:36
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
22 İyun 2026 18:54
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
22 İyun 2026 16:48
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
22 İyun 2026 15:11
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
22 İyun 2026 13:41
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
ŞƏRH YAZ










