DİN-dən reaksiya; cənab nazir kortejlə hərəkət etmir

Dünən Avtosfer.az saytında «MTN-in maşını Ramil Usubovun yolunu kəsdi» başlıqlı yazı ilə bağlı bu gün Daxili İşlər Nazirliyindən münasibət öyrəndik. Yazıda qeyd edilib ki, mayın 26-da səhər saat 08:07 radələrində Teleteatr binasının yaxınlığında daxili işlər naziri Ramil Usubovun xidməti avtomobilinin qarşısına qəflətən 10 AS 999 dövlət nömrə nişanlı avtomobil çıxıb. Həmin vaxt ərazidə xidmət aparan yol polisləri isə sürücünü saxlayaraq cərimə ediblər. Əməkdaşımızın şahidi olduğu bu hadisəyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. O deyib ki, yazıda qeyd olunanlar «müxbir təxəyyülünün məhsulu və şok xəbər xatirinə uydurulan nağıldır»: «Aydınlıq naminə bildirim ki, cənab nazir kortejlə hərəkət etmir və onun xidməti avtomobili hərəkətdə olarkən yol bağlanmır, nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmur».
O ki qaldı xəbərdə göstərilən vaxt və yerdə saxlanılan «Hundai» markalı avtomobilə, Ehsan Zahidov bildirib ki, həmin yerdə yol nişanı sürücüyə sola və sağa hərəkət etməyə icazə verir. Lakin sola düzünə, yəni, Teymur Elçin küçəsinə hərəkət qadağandır: «Həmin avtomobilin sürücüsü isə nişanın tələbinin əksinə olaraq Teymur Elçin küçəsinə keçmək istəyib və həmin vaxt orada xidmətdə olan yol polisi əməkdaşı tərəfindən saxlanılaraq dayandırılıb. Nişanın tələbi ona izah olunub və o hərəkətini nişanın tələbi istiqamətində davam etdirib. Bütün bu deyilənlərin cənab nazirin xidməti avtomobili ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Sadəcə, müxbir gördüyü xırda qayda pozuntusunu həddindən artıq şişirdib».
Qeyd edək ki, 10 AS 999 dövlət nömrə nişanlı "Hundai" Milli Təhlükəsizlik Nazirliyinə məxsusdur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












