Diplomatlar casusluğa görə ölkədən çıxarılır

İtaliya xarici işlər naziri Luiqi Di Maio iki rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.
Buna səbəb Roma ilə Moskva arasında yeni yaranan casus böhranıdır.
İtaliya polisi casusluq şübhəsi ilə Rusiya Silahlı Qüvvələrinə bağlı olan bir səfirlik əməkdaşını və İtaliya donanmasında vəzifəli bir kapitanı saxlayıb.
Kapitan rusiyalı əsgərə pul qarşılığında sənəd verərkən yaxalanıb. İki şübhəliyə casusluq və dövlət təhlükəsizliyi ilə əlaqədar ittihamlar irəli sürülüb, italyan kapitan həbs edilib.
Nəzarətdəki rusiyalının diplomatik statusu ilə əlaqədar olaraq vəziyyəti dəyərləndirilir.
Rusiyanın Romadakı səfiri də məsələ ilə əlaqədar İtaliya XİN-ə çağırılıb.
Məsələyə rəsmi Moskva da münasibət bildirib.
“Rusiyalı diplomatların deportasiya edilməsi qərarı bizi kədərləndirdi”, - məsələ ilə bağlı müvafiq addımların atılacağı qeyd edilib.
Kremldən vurğulanıb ki, bu hadisənin İtaliya ilə əlaqələrə təsir etməyəcəyinə ümidvardırlar. (“Qafqazinfo” )
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












