Diqqətli olun! - Dələduzlar indi də pulları belə mənimsəyir - FOTO

Dələduzluqla məşğul olan şəxslər sosial şəbəkələrdə yeni hiyləyə əl atıblar. Avtosfer.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat yayıb. Həmin məlumatı olduğu kimi təqdim edirik:
"Yeni bir dələduzluq növü peyda olub. Diqqətli olun və qohum-əqrabanı məlumatlandırın. Dələduzluq Xəzri pul köçürmələri üzərindən baş verir. Özlərini bank olmayan kredit təşkilatı, biznes kimi təqdim edən şəxslər, sosial şəbəkələrdə saxta "kredit_pul", "kreditə_pul_verilir" səhifələri açaraq, vətəndaşlara 5000-50.000 manat arası aşağı faizli onlayn kredit təklif edirlər. Krediti əldə etmək üçün tək şərt zamin duran şəxsin olmasıdır. Krediti rəsmiləşdirmək üçün vətəndaşdan və ona zamin duracaq şəxsdən şəxsiyyət vəsiqəsi tələb olunur. Daha sonra krediti alacaq şəxsdən tanzaksiyanı təsdiqləmək üçün ona zamin duran şəxsə 300 AZN Xəzri pul köçürməsi ilə pul göndərməyi istənilir. Burada vətəndaş pulu onsuz da dostuna, yəni ona zamin duracaq şəxsə göndərdiyini bilib, çəkinmədən bu ödənişi edir. Düşünür ki, kredit alınmasa, dostundan o pulu alar. Lakin, dələduzluq da məhz elə buradan başlayır. Köçürmənin təsdiqi üçün özünü kredit verən şəxs kimi təqdim edən səhifə Xəzri köçürməsinin təsdiqi üçün vətəndaşdan çeki tələb edir. Həmin çekdə isə məhz Xəzri kod yer alır. Bu həmin koddur ki, 3-cü tərəfə verilməli deyil. Bu kodu alan dələduz isə bamkomata yaxınlaşıb, sms ilə gələn kodu vətəndaşdan soruşduqdan sonra, pulu çəkərək, aradan çıxır".
Belə dələduzlara qurban olmamaq üçün bank kartı məlumatlarınızı, tanzaksiya kodlarınızı, 3D təhlükəsizlik şifrələrinizi başqaları ilə bölüşməyin.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













