Diqqətli olun, kəskin istilər gəlir

Artıq paytaxta isti havalar müşahidə edilir. Bu isə xüsusilə sağlamlığında hər hansı problemi olan insanlara təsirsiz ötüşmür. Təcili tibbi yardım stansiyalarına daxil olan müraciətlərə baxdıqda, isti havanını fəsadları ilə bağlı zərərçəkənlərin müraciətlərinin sayında artım var. Təcili tibbi yardım stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin sözlərinə görə, ən çox daxil olan çağırışlar səbəblər ürək-damar xəstəlikləri ilə bağlıdır. Amma yay mövsümü ilə əlaqədar olaraq bu müddət ərzində, ilan sancmalarla, günvurmalarla və boğulmalarla bağlı müraciətlər də daxil olur”.
Proqnozlar isə bu müraciətlərin daha da artacağından xəbər verir. Ekolojiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabah 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva deyir ki, havanın temperaturu gündüz saatlarında 33-38 dərəcə isti təşkil edəcək: “Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Sabah gündüz saatlarında kəskin isti meteohəsas insanlara mənfi təsir edə bilər. Buna görə də, gündüz saatlarında açıq havada çox qalmaq məsləhət görülmür”.
Açıq havada çox qalmaq xüsusi risk qrupuna aid edilən ürək-damar sistemi xəstəliklərindən, hipertaniyadan əziyyət çəkənlər üçün daha təhlükəlidir. Sağlam adamlar da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər. Bu zaman həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. Uzun müddət günəş altında qalmaq zərurəti yarandıqda, baş örtüklərindən istifadə etmək lazımdır. İsti hallarda baş örtüyü vaxtaşırı isladılmalıdır. Günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. Tez-tez alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran qəbul edilməlidir. Orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yəni yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır. Əgər günvurma baş veribsə, zərərçəkmişi soyuq içkilərlə yükləmək olmaz. Bu ürəkdayanmaya səbəb ola bilər. Ağır halarda isə həkim çağırmaq lazımdır. ANS
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










