Dizel yanacağının istehsalı 3 faiz artıb

Yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 493,2 min ton dizel yanacağı, 824,9 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 337,4 min ton ağ neft, 42,2 min ton yanacaq mazutu, 18,1 min ton sürtkü yağları, 378,7 min ton neft bitumu və 145,2 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 124,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2,2 faiz artıb.
Neft məhsullarından neft bitumunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 36,1 faiz, dizel yanacağının istehsalı 3 faiz, avtomobil benzininin istehsalı 0,8 faiz artıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı 13,8 faiz, ağ neftin istehsalı 16,9 faiz, yanacaq mazutunun istehsalı isə 45,1 faiz azalıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












