DİN-dən şou əhlinin restoranlarda karantin qaydalarını pozması ilə bağlı AÇIQLAMA
Gündəm
9 Mart 2021 13:54

Ötən gün Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir neçə restoranda əyləncə gecəsi təşkil edilib və karantin qaydaları kobud şəkildə pozulub.
Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə bir çox məşhurlar iştirak edib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülər barədə araşdırma aparılacaq:
“Görüntülərin nə zaman qeydə alındığı dəqiq deyil. Bəlkə həmin videolar köhnədir? Yayılan videogörüntülər barədə araşdırma aparacağıq”.
Qeyd edək ki, fərqli məkanlarda karantin qaydalarını pozanlar arasında - Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev, müğənni Səidə və digər məşhurlar var.
Oxunub : 960
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












