DİN-dən yolu bağlayan qadınlarla bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.
Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb:
“Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.
Avqustun 26-da bir qrup qadın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") binası önündə yolu bağlamağa cəhd ediblər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Ərazidə olan polis əməkdaşlarının həmin şəxsləri oradan uzaqlaşdırarkən qadınlardan birini itələyərək asfalta yıxdığı görüntülərdə əks olunub. DİN qadının yıxılması faktına münasibət bildirməyib.
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










