DİN: Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər - VİDEO

“İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, virusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər mövcuddur:
“Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. Koronaviruslu xəstələr sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr, ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edər. Bu işlər o qədər əhatəli şəkildə qurulub ki, kiminsə əsassız bəhanə gətirərək ictimai yerə çıxmasına səbəb yoxdur. Bununla bağlı səsləndirilən bəhanələr öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












