DİN orduya yardım aparanların cərimələnməsi məsələsinə CAVAB VERDİ

Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.
Yayılan məlumatlarla bağlı DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir.
Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.
Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır. Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq, yoxlanılıb, hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












