DİN rayonlara getməyin qaydalarını açıqladı

Daxili İşlər Nazirliyi avqustun 5-dən SMS-icazə və portalda icazə sisteminin ləğvindən sonra Bakıdan rayonlara gediş-gəlişin hansı qaydada həyata keçiriləcəyini açıqlayıb. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək: “Xüsusi polis postları bu 3 şəhərin giriş-çıxışda fəaliyyət göstərəcək. Digər rayon və şəhərlərə gediş-gəliş məhdud olaraq saxlanılır. İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq. Lakin ezamiyyə vərəqələri ilə də bağlı polis postlarında ciddi araşdırma aparıldıqdan sonra təsdiqini taparsa, icazə verilə bilər. Çünki xidməti fəaliyyətimizdə rast gəlmişik ki, bəzi şirkətlər onlara verilmiş səlahiyyətlərdən sui-istifadə ediblər”.
E.Zahidov əlavə edib ki, Bakıda və digər xüsusi karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda mobil polis postları fəaliyyətlərini davam etdirirlər: “Həmin əməkdaşlar avqustun 5-dən artıq icazələri yoxlamasalar da, karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edəcəklər”. (“Qafqazinfo”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











