DİN sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama verdi

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun verdiyi məlumata görə, bəzi sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Morullu kənd sakininə məxsus evə qeyri-qanuni yolla daxil olması, oradakı dini bayraq və şüarların sökülməsi ilə bağlı əsassız, böhtan xarakterli xəbər yayılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.
Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar öz həyətlərində dini şüar və bayraqlar asaraq “Aşura” mərasimi təşkil etməklə karantin rejimini kobud surətdə pozmağa cəhd edirlər.
Bununla əlaqədar Şəmkir RPŞ-nin əməkdaşları rayon ərazisində mütəmadi reydlər keçirib, sakinlərlə izahedici-maarifləndirici söhbətlər aparıb. Reyd zamanı rayonun Morullu kəndi ərazisində Mahir Əmraslanova məxsus fərdi yaşayış evində “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar hazırlıq işləri görüldüyü, bu məqsədlə dini şüarlar və bayraqlar asıldığı aşkar edilib. Polis əməkdaşları dərhal mərasimi başlamadan dayandırmış, həmin şüar və bayraqlar sökülüb. Vətəndaş M.Əmiraslanov və onun oğlu Mətləb Əmiraslanov saxlanılaraq RPŞ-yə gətirilərək, onlarla profilaktiki söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilərək inzibati qaydada cərimə ediliblər.


Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












