DİQQƏT!: Bu evlər satıla bilməz – RƏSMİ AÇIQLAMA

Birinci Qarabağ müharibəsindən sonra şəhid ailələri və qazilərin evlə təminatı proqramına start verilib. Məhz 44 günlük Vətən müharibəsindən sonra isə bu istiqamətdə işlər daha da genişləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
Bəs şəhid ailələri və qazilərə verilən evlərə görə onlara hansı sənədlər təqdim olunur? Bu evlər satıla bilərmi?
Bu barədə Avtosfer.az-ın suallarını Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin mətbuat katibi Murad Həşimov cavablandırıb.
O, bildirib ki, nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil təminatı həyata keçirilərkən həmin şəxsin imtiyazı, ailə üzvləri, mənzil uçotuna alınması, mənzilin təqdim edilməsi barədə məlumatları əks etdirən sənəd verilir: “Mənzilin vətəndaşa təhvil verilməsi haqqında akt imzalanır. İmtiyazlı şəxslər onlara verilmiş mənzil üzərində Mülki və Mənzil Məcəllələrinə əsasən tam istifadə hüququna malik olurlar. Lakin Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, mənzil fondunun özəlləşdirilməsi həmin Məcəllə qüvvəyə mindikdən sonrakı dövrdə vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir”.
Yəni buradan anlaşıldığı kimi verilən mənzildən tam istifadə hüququ verilir. Evin özəlləşdirilməsi isə mümkün olmadığından satılması da mümkün deyil.
Qeyd edək ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6 min, ümumən ötən dövrdə 14 800 mənzil və fərdi təqdim edilib.
Məhəbbət Tərlanoğlu
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












