Reklam

Dönərxanalarda zəhərlənmələr nəyə görə artır? - Ekspertlər DANIŞIR

Gündəm 16 Oktyabr 2024 20:24 Oxunub 266
Dönərxanalarda zəhərlənmələr nəyə görə artır? - Ekspertlər DANIŞIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər dönərdən kütləvi zəhərlənmələr qeydə alınır. Növbəti belə hal Tovuz rayonunda baş verib. Belə ki, məlumata görə, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Maraqlıdır, qış aylarında dönərdən zəhərlənmə hallarının artması nə ilə bağlıdır?

Avtosfer.az-ın nəlumatına görə, qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova referans.az-a açıqlamasında bildirib ki, həm yay, həm də qış aylarında kütləvi zəhərlənmə halları sürətlə artır:

“Bu sahədə maariflənmə aparsaq da, monitorinqləri izləsək də, vəziyyət heç də ürəkaçan deyil. Hər gün baş verən zəhərlənmələr və bu zəhərlənmələrdən əziyyət çəkən insanlar var. Dönərxanalarda aparılan monitorinqlərin nəticələrinə görə olan uyğunsuzluqlar bir çox hallarda ətin mənşəyi ilə əlaqadar olsa da, digər tərəfdən sanitar – gigiyenik normalara əməl olunmamasından qaynaqlanır. Mütləq şəkildə bu kimi məhsullardan alarkən mənşəyi məlum olan yerdən alınmasına diqqət olunmalıdır. Xüsusilə də ətin baytarlıq sertifikatının olması önəmlidir. Dönəri hazırlayan insanın vaxtı – vaxtında tibbi nəzarətdən keçməsi, üzərində geyimin, həmçinin təmizlik qaydalarına əməl etməsi də vacibdir. İstifadə edilən inqridientlər də risk mənbəyidir. Tərəvəzlərin təmiz olması, təmiz yuyulmasına diqqət edilməlidir. Çünki bu çox hallarda ağır zəhərlənmələrə gətirib çıxarır. Ketçup və mayonoz yüksək risk qrupuna aid olan məhsullar sırasında olduğuna görə soyuq zəncirdə daşınmalı və soyuq temperaturda saxlanılmalıdır. Əksər hallarda bu böyük qablarda dönər bişirilən yerdə, isti temperaturda son istifadə müddətini istehlakçılar bilmədən saxlanılır. Bu da məhsulun tərkibininin dəyişməsinə və sağlamlıq problemlərinin yaranmasına səbəb olur. İmmun sistemi aşağı olan, xroniki xəstəliyi olan insanlar, azyaşlılar, yüksək risk qrupunda olan yaşlı insanlar var ki, onlar həmin qidalardan daha tez zəhərlənirlər. Bəzən dönərin üzərində hər hansı içkinin hədiyyə olunması kimi reklamlar olur. Bu da insanlarda cəlbediciliik yaradır”.

Qida eksperti qeyd edib ki,Tovuzda baş vermiş zəgərlənmə ilə bağlı aidiyyatı qurum nümunələr götürüb, amma, yekun nəticə açıqlanmadığına görə, bu haqda dəqiq məlumatın verilməsi hələki mümkün deyil.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da saytımıza danışıb. O bildirib ki, dönərxanalarda zəhərlənmə ilboyu baş verir, təəssüf ki, bu sahədə AQTA – nın profilaktik işləri nəticə vermir, cəld və hər yerdə yoxlama imkanları yoxdur:

“İllər öncə dönərləri təmiz ətdən hazırlayıb, onu şişə taxıb, kardon qutularda qablaşdırıb, xüsusiləşmiş avtomobillərdə dönərxanalara çatdıran iki müəsissə müəyyən olunub. Lakin, dönərxanalar bu yerlərdən heç bir faiz məhsul da almır. Dönərxanalarda baxırıq ki, kağızlar asılıb, bunun dönər aid olub – olmaması müəmmalı şəkildə qalmış məsələlərdir. Zəhərlənmələr təkcə ətdən deyil. Qarışdırılmış inqridientlərdən də zəhərlənmərələr baş verə bilər. Mayonezlərin saxlanılma müddəti 5 saatdan artıq deyil, lakin biz görürük ki, bunu açıq yerlərdə saxlayırlar”.

Eyyub Hüseynov bildirir ki, dönərxanalarda saxlanılan ciddi problemlərdən biri bu gündən sabah saxlanılan dönərlərdir:

“Bu günün dönərləri satılıb qurtarmadı, sabaha saxlanılır. Hansı şəraitdə saxlayırsansa saxla, bunlar artıq çirklənmiş dönərlərdir. Dönərxanalar cəmiyyətin başının bəlasına çevrilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh