Dövlət binasının yaxınlığında səki zəbt edilmişdi - BŞİH özbaşınalığa son qoydu - FOTO - YENİLƏNİB

Baki Şəhər Ticarət və Xidmət Departamentindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə yerləşdirilən maneələr aradan qaldırıldı, piyadaların gediş-gəlişi bərpa edildi.
**
Paytaxtın əksər küçə və prospektlərində sahibkarlar piyadaların hərəkətinə mane olmağa davam edir.
Avtosfer.az xəbər verir ki, Bakının Xətai rayonundakı restoran səkini elə zəbt edib ki, piyadalar mütləq yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsi ilə getməlidir.
Belə ki, rayonun Mehdi Mehdizadə küçəsindəki “Chai City” restoranı əvvəlcə səkinin böyük bir hissəsini özəlləşdirərək obyektin önündə teras təşkil edib. Daha sonra özəlləşdirməkdən gözü doymayan sahibkar iaşə müəssisəsinin qarşısına məhz səkini kəsdirərək parkinq də təşkil edib.

Ərazidən istifadə edən vətəndaşlar sosial şəbəkələrdə səkinin fotolarını paylaşaraq bildirib ki, məsələ ilə bağlı icra hakimiyyətinə dəfələrlə şikayət edilsə də, qurumdan reaksiya yoxdur.
Obyektin səkini özəlləşdirməsi ilə bağlı biz də Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumdan hələ də mövzu ilə əlaqədar heç bir açıqlama verilməyib. Görünür, məhz rayon icra hakimiyyəti sahibkarın özbaşınalığına göz yumub.
Səfər
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO


















