Dövlət Komitəsi Dağıstanda saxlanılan azərbaycanlılar barədə açıqlama verib

"Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılanvətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir".
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən qeyd edilib ki, məlum hadisə zamanı saxlanılan – barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustalığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazimi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.
Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.
Bildiririk ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qrumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək. (Report)
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












