Dövlət Yol Polisi: “Rayon camaatı elə başa düşməsin ki...”

"Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”. Bunu Qaynarinfo-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev xüsusi karantin rejiminin uzadılması ilə bağlı qaydaları şərh edərkən deyib. Onun sözlərinə görə, əvvəlki qaydalara uyğun olaraq, rayonlardan Bakıya gediş-gəlişə icazə verilməyib:

"Qərarda göstərilir ki, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. Bu o deməkdir ki, adı çəkilən rayonların vətəndaşları digər inzibati ərazilərə gediş-gəlişdə azaddır. Amma Bakı, Sumqayıt, Abşerondan rayonlara getməyə icazə yoxdur, müəyyən məhdudiyyətlər hələ qüvvədə qalır. Bu inzibati ərazilərdə tətbiq olunan məhdudiyyətlər hələ bir ay da qüvvədə olacaq. Rayon camaatı elə başa düşməsin ki, sərbəst şəkildə Bakıya gələ biləcək. Əhali nə Bakı, Sumqayıt və Abşerondan digər rayonlara buraxılacaq, nə də digər inzibati ərazilərdə yaşayanlar Bakı, Sumqayıt və Abşerona buraxılacaqlar”.
Kamran Əliyev qeyd edib ki, yalnız istisna hallarda vətəndaşlar inzibati əraziyə buraxılacaq: "Məsələn, xidmət sahələri ilə bağlı ezamiyyətə gedib-gələnlər sərbəst şəkildə hərəkət edə bilər”.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-nə kimi uzadılıb.
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










