Döyülən polisin görüntüləri - VİDEO

Göygöl rayonunda iki polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən döyülüblər. Avtosfer.az apatv-yə istinadən xəbər verir ki, hadisə iyulun 21-nə keçən gecə rayonun Çaylı kəndində qeydə alınıb.
Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar axşam Çaylı kəndinə gediblər. Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər gecə saat 12:00 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Həkim-travmotoloq Sahin Quliyev yaralılar barədə danışıb: “Gətiriləndə Raminin vəziyyəti lap ağır idi. Huşsuz idi. Habilin də təpə və döş qəfəsi, sinəsi və digər hemotom travmalar. Vəziyyətləri orta ağır və kafidir”.
Qeyd edək ki, polis əməkdaşları aldıqları zədələr səbəbindən danışmaqda çətinlik çəkirlər və bu səbəbdən onlardan hələlik ətraflı ifadələr alınmayıb.
İlkin məlumata görə, polis əməkdaşları Çaylı kəndinə vətəndaşın şikayəti ilə bağlı gediblər. Onlara zor tətbiq edənlər isə elə barələrində polisə şikayət daxil olan iki şəxs - bir ailənin yeznəsi və qaynı olublar. Hadisənin təfərrüatları öyrənilir.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












