Döyülən qadının şikayətinə baxılmaması iddiası haqda - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Gəncə şəhər sakini Ləman Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə əlaqədar şikayətinə baxılmaması barədə iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, vətandaş L. Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyev tərəfindən döyülməsi barədə məlumat verib:
“Müraciət ilə bağlı RPİ-nin əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülərək araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılaraq baxılması üçün İstintaq və Təhqiqat İdarəsinə göndərilib.
Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib.
Belə ki, o, Cinayət Məcəlləsinin 157-ci maddəsi (Mənzil toxunulmazlığını pozma) ilə təqsirli bilinib və sözügedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib.
Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanunamüvafiq qərar qəbul ediləcək”. (“Qafqazinfo”)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












