Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir
Gündəm
30 Sentyabr 2020 23:37

Dağlıq Qarabağda gərgin döyüşlər gün boyu davam edib. Səhər tezdən erməni işğalçı qüvvələrinin topçuları Azərbaycanın Tərtər şəhərinin mərkəzini vurub. Şəhər Hərbi Komissarlığına düşən mərmi nəticəsində bir neçə nəfər yaralanıb.
Həmçinin Ermənistan silahlı qüvvələri vətəndaşlarımızın sıx məskunlaşdığı əraziləri ağır artilleriya atəşinə tutub, Füzuli rayonunun Horadiz kəndindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşən mərmi qəlpələri nəticəsində 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu cinayət, dünən cəbhəyə yollanan erməni könüllülərini daşıyan avtobusun məhv edilməsinin intiqamına cəhd kimi də qiymətləndirilə bilər.
Ümumilikdə isə Tərtər şəhərinin mərkəzi, eləcə də Qapanlı, Şıxarx, Əskipara və Səhlabad kəndləri 30 sentyabr gününün birinci yarısı boyunca güclü atəşə məruz qalıb.
Eyni zamanda, bu gün səhər saatlarında erməni işğalçı qüvvələri Ağdərədə mühasirənin qarşısını almaq məqsədi ilə Matagis istiqamətində əks-hücuma cəhd etdilər.
Hücum Azərbaycan Silahlı Qüvvələrinin kütləvi artilleriya zərbələri nəticəsində dayandırılıb.
Nəticədə döyüş əməliyyatlarını davam etdirən Azərbaycan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-u, günün sonunda daha da irəliləyərək əhəmiyyətli müşahidə nöqtəsi hesab olunan Tonaşen kəndinə yaxınlaşıb.
Azərbaycan ordusunun birləşmələri işğal olunmuş Birinci ümum qoşun ordusunun Onuncu Dağ Atıcı diviziyasının Beşinci dağ atıcı alayının Ağdərə rayonun mərkəzində yerləşən qərargahına zərbələr endirib.
Təxminən saat 16:00-da Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində bütün aktivliyini tamamilə dayandırıb.
Füzuli və Cəbrayıl istiqamətində də ermənilərin əks hücum cəhdləri oxşar şəkildə uğursuz olub.
Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir.
Bu arada qeyd etmək lazımdır ki, təkcə bu gün saat 17:30-a qədər Azərbaycan Ordusunun bölmələri saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu məhv edilib.
Ümumilikdə 2 500 nəfərə yaxın əsgər və zabit, 130-dan çox tank və zirehli avtomobil, 200-dən çox top, minaatan və “Qrad” qurğusu, 25-dən çox hava hücumundan müdafiə sistemi, altı komanda qərargah mərkəzi və silah anbarı, 50-dən çox tank əleyhinə qurğu, 55 ədəd avtomobil və bir ədəd “S-300” Zenit Raket kompleksi məhv edilib.
oxu.az
Oxunub : 1094
DİGƏR XƏBƏRLƏR
1 Sentyabr 2026 23:47
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
1 Sentyabr 2026 19:26
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
1 Sentyabr 2026 18:14
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
1 Sentyabr 2026 15:11
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
1 Sentyabr 2026 14:11
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
1 Sentyabr 2026 12:48
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
1 Sentyabr 2026 11:48
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
1 Sentyabr 2026 11:30
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
1 Sentyabr 2026 11:00
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
1 Sentyabr 2026 09:23
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
31 Avqust 2026 21:34
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
31 Avqust 2026 20:41
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
ŞƏRH YAZ










