DSX mayorunu döyən kikboksçular həbsdə qaldılar

Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətlər üzrə qərar açıqlanıb.
Qərara əsasən, idmançıların şikayəti təmin edilməyib.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
İş üzrə zərərçəkən Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru Fuad Zeynalov tanınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












