DTX əməliyyat zamanı 7 nəfəri avtomobildən belə "götürdü" - ANBAAN VİDEO
Gündəm
16 Sentyabr 2020 12:18

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, cinayət başında ifşa olunmuş adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.
Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.
Emin
Oxunub : 4006
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
ŞƏRH YAZ













