Dünən yol qəzasında 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən bir gün ərzində 44 cinayət faktı qeydə alınıb ki, onların da 17-si “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarılan bir nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Eyni zamanda respublikanin avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Paytaxtın Nəsimi rayonunda sürücünün avtomaşına nəzarəti itirməsi sonda zəncirvari qəzaya səbəb olub.
Yusif Vəzir Çəmənzəminli kuçəsilə, Azadlıq prospektinin kəsişməsində qeydə alınan hadisə zamanı “Mercedes” markalı minik avtomobilin sürücüsü Azadlıq prospekti istiqamətinə dönmə əməliyyatı yerinə yetirərkən idarəetməni itirib. Nəticədə “Mercedes” yol kənarında dayanan “Mitsubishi” və “Cevrolet” markalı minik maşınına çırpılıb. Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi hadisənın xəsarətsiz ötüşməsidir. Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları qəzanın səbəblərini araşdırıb. Hadisəyə səbəb kimi ilkin olaraq yüksək sürət göstərilsə də tam dəqiq səbəbləri isə təyin ediləcək avtotexniki eksperizanın verəcəyi rəyindən sonra aydınlıq gətirəcək.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












