Dünyada içməli su mənbələri üçün əsas təhlükələr açıqlandı

Almaniyanın Maks Plank BiogeoKimya İnstitutunun alimləri güclü quraqlıqların və intensiv yağıntıların yeraltı sularının - milyardlarla insan üçün içməli su mənbələrinin - keyfiyyətinə və sabitliyinə təhlükə yaratdığını müəyyən ediblər.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə araşdırma "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
Yeraltı su mənbələri adətən yağıntılar nəticəsində torpaq vasitəsilə süzülərək dolur. Bu proses zamanı suyun tərkibindəki maddələr torpaqdakı canlı orqanizmlər tərəfindən udularaq sudan təmizlənir. Beləliklə, təbii filtrasiyanın köməyi ilə yüksək keyfiyyətli yeraltı su ehtiyatları formalaşır.
Lakin güclü yağıntılar zamanı yağış suları tez bir zamanda torpağın dərin qatlarına nüfuz edərək təbii filtrasiya prosesini keçmədən, səthdəki və torpağın üst qatlarındakı həll olunmuş maddələri birbaşa yeraltı sularına daşıya bilir.
Bu vəziyyət xüsusilə güclü leysan yağışlarından və uzun sürən quraqlıqlardan sonra daha da aktuallaşır. Uzun müddət davam edən quraqlıqlar torpaqda çatların yaranmasına səbəb olur və bu da yağış suyunun torpağın üst qatları tərəfindən udulmasını çətinləşdirir. Belə hallarda su ya birbaşa yeraltı sularına, ya da çaylara, göllərə və okeanlara axır.
Alimlər Almaniyada 8 il ərzində yeraltı sularını araşdıraraq böyük bir tədqiqat qrupu ilə birgə analiz aparıblar. Araşdırmada həll olunmuş üzvi maddələrin səviyyəsi suyun çirklənməsinin dolayı göstəricisi kimi istifadə edilib və yeraltı sularının sabitliyində əsaslı dəyişikliklərin baş verdiyi müəyyən olunub.
Araşdırma nəticəsində alimlər yeraltı sularında uzunmüddətli çirklənmə tendensiyalarını aşkar ediblər. Bu, səthdən yeraltı sularına yığılan üzvi maddələrin miqdarının artması və yeraltı su səviyyəsinin azalması ilə müşahidə olunub. Alimlər bu artan çirklənməni ekstremal hava hadisələri ilə birbaşa əlaqələndiriblər.
Araşdırmanın müəlliflərinin fikrincə, bu yeni analiz metodu yeraltı su mənbələrində keyfiyyət risklərini daha dəqiq müəyyən etməyə kömək edə bilər. Bu, içməli su mənbələrinin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsi üçün mühüm bir addım ola bilər.
Yeraltı su ehtiyatlarının keyfiyyəti və sabitliyi, iqlim dəyişikliyi və ekstremal hava şəraiti fonunda daha da həssas hala gəlir. Bu isə içməli su təminatının davamlılığını qorumaq üçün qlobal səylərin artırılmasını tələb edir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












