Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 34 milyon nəfəri ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 34 milyon nəfəri ötüb. Sentyabrın 30-da dünya üzrə 315 min 678 nəfər koronavirusa yoluxub, 6 min 208 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 34 milyon 185 min 386 yoluxma və 1 milyon 19 min 165 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 25 milyon 446 min 698 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 719 min 523 xəstədən 65 min 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da infeksiyaya yoluxanların sayı 7 milyon 447 min 693 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerləri tutan Hindistanda 6 milyon 312 min 584, Braziliyada 4 milyon 813 min 586, Rusiyada 1 milyon 185 min 231, Kolumbiyada 829 min 679 nəfər COVID-19 virusuna yoluxub.
Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 211 min 752 nəfər. İlk beşliyə daxil olan Braziliyada 143 min 962, Hindistanda 98 min 708, Meksikada 77 min 646, Böyük Britaniyada 42 min 143 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib. (AZƏRTAC)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











