Dünyada koronavirusa yoluxanların son statistikası

Dünyada COVID-19-a yoluxanların sayı 116,52 milyon nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 116 521 281 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 589 548 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 354 629 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 7 020 pasiyent təhlükəli infeksiyadan ölüb.
Son 24 saat ərzində infeksiyaya yoluxanların 45 faizindən çoxu Şimali və Cənubi Amerika (162 882), daha sonra Avropada (117 265), ardından isə Cənub-Şərqi Asiyada (33 285) qeydə alınıb.
ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.
Dünyada ən çox yoluxma halı ABŞ (28 659 480), Hindistan (11 229 398) və Braziliyada (10 938 836) və Rusiyada (4 333 029) qeydə alınıb.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











