Dünyada saxta dərman satan 120 nəfərdən çox şəxs tutuldu

“Pangea” xüsusi əməliyyatı zamanı internetdə antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla saxta tibbi məhsullar satdıqları üçün 120-dən çox adam saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk məlumat verib.
“Əməliyyat nəticəsində dünyada 120-dən çox cinayətkar saxlanılıb. 14 milyon ABŞ dollarından çox dəyəri olan saxta tibbi məhsullar qanunsuz dövriyyədən çıxarılıb. Bunların arasında antiviral dərmanlar və qoruyucu maskalar var. Xüsusi əməliyyat bu il mart ayında, 90 ölkədə eyni vaxtda həyata keçirilib”.
Onun sözlərinə görə, Rusiyada sosial şəbəkələrdə 4 mindən çox şübhəli sayt və səhifə yoxlanılıb, internetdə narkotik və tibbi cihazların qanunsuz satışı ilə məşğul olan 2 mindən çox sayt müəyyənləşdirilib, 87 cinayət işi qaldırılıb, 1 100-dən çox inzibati yoxlama başlanılıb, Qanunsuz fəaliyyətə görə 34 nəfər saxlanılıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











