Dünyada son 3 ayda koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı

Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 133,53 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edilir ki, son 24 saat ərzində dünyada koronavirusa 718 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, yanvarın 10-dan birgünlük yoluxma statistikasında ən yüksək göstəricidir. Təşkilatın məlumatına görə, son sutkada koronavirusdan 12,6 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada pandemiya qurbanlarının sayı 2,89 milyon nəfəri ötüb.
Pandemiya ərzində dünyada koronavirusa ümumilikdə 132 730 691 yoluxma, 2 880 726 ölüm qeydə alınıb.
Yoluxma hallarının sayına görə birinci yerdə Avropa qitəsi (257 789), ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə - cənub-şərqi Asiya (145 724) regionu qərarlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










