Dünyada yeni enerji mənbələri ilə işləyən avtomobillərin payı ötən il rekorda çatıb

Dünya avtomobil bazarında yeni enerji mənbələri ilə (NEV – new energy vehicles) işləyən avtomobillərin payı 2019-cu ildə rekord 2,5%-ə çatıb.
Bu barədə Yeni enerji mənbələri ilə çalışan avtomobillərin inkişafına dair ikinci ümumdünya konfransında ("WNEVC 2020") təqdim olunan hesabatda deyilir.
Sənəddə qeyd olunub ki, 2019-cu ildə dünyada yeni enerji mənbələri ilə işləyən 2,2 mln. avtomobil satılıb, bu da 2018-ci ilə nisbətən 10% çoxdur.
Hesabatda Çinin son 5 ildə bu növ nəqliyyat vasitələrinin satışında dünya lideri olduğu bildirilir. Təkcə ötən il Çində 1,2 mln. NEV realizə edilib.
Qeyd edək ki, Çinin Haykou şəhərində keçirilən "WNEVC 2020" konfransı sentyabrın 30-dək davam edəcək. Konfransda rəsmilər, avtomobil sənayesi mütəxəssisləri və tanınmış çinli və xarici avtomobil istehsalçılarının top menecerləri iştirak edir. (APA)
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












