DYP-dən «avtoş»un törətdiyi qəza ilə bağlı açıqlama

Dünən Avtosfer.az aznews.az-a istinadən Binəqədi rayon ərazisində yol polisi avtomobili ilə mülkü avtomobilin toqquşması barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, 90 FT 492 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil 10 YP 564 nömrə nişanlı DYP avtomobilinə çırpılıb. Hadisə “Priora”nın sahibinin avtoxuliqanlıq etməsi zamanı baş verib. Qeyd olunan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi əməkdaşları ona saxlamaq əmri veriblər, lakin o, avtomobili saxlamayaraq, ərazidən uzaqlaşmağa başlayıb. Bundan sonra bir neçə yol polisi avtomobili onu dayandırmağa çalışıblar. Bu zaman da qəza baş verib. Məlumatda qeyd olunur ki, əzilən YPX avtomobilində Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.Sürücü saxlanılaraq, istintaqa təhvil verilib.
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-la əlaqə saxlayaraq sözügedən məsələ ilə bağlı açıqlama verib. Şöbə rəisi bildirib ki, Rəsulzadə qəsəbəsində yaşayan vətəndaş gecə saat 3-4 radələrində DYP-yə zəng edib: «Vətəndaş bildirib ki, bir avtomobil onun evinin hasarına çırpılıb və hasar uçub. Bundan sonra həmin əraziyə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yaxınlaşıb. Məlum olub ki, həqiqətən də, avtomobil divara çırpılıb, divarı dağıdıb və əzilmiş vəziyyətdə orada dayanıb. Həmin vaxt avtomobilin sahibi orada olmayıb. Polis əməkdaşları avtomobili evakuator vasitəsilə mühafizə olunan duracağa təxliyə ediblər. Artıq avtomobilin sahibi tapılıb, araşdırma aparılması üçün Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə dəvət olunub. Maşın sahibi bildirib ki, hadisə baş verən vaxt avtomobili başqası idarə edib və həmin şəxslə birlikdə şöbəyə gələcəyini deyib».
Kamran Əliyev bildirib ki, həmin avtomobilin hansısa DYP avtomobilinə çırpılması barədə məlumatlar həqiqətəuyğun deyil: «Hazırda məsələ ilə bağlı araşdırma aparılır».
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












